Bakı 15˚C Showers

Smartfonlar dərini sürətlə qocaldır - Müdafiə YOLLARI

Maraqlı 17:30 24 avq, 2022
Smartfonlar dərini sürətlə qocaldır - Müdafiə YOLLARI

Telefonun istehsal etdiyi əsas radiasiya mavi işıqdır, lakin ultrabənövşəyi radiasiyadan fərqli olaraq, yanmağa və qızartıya səbəb olmur, ancaq hiss olunmaz şəkildə zərər verir.

Qazet.az xəbər verir ki, bu barədə rusiyalı kosmetoloq, dietoloq, SPİK Moskva klinikasının baş həkimi Olqa Seredkina xəbərdarlıq edib.

Onun sözlərinə görə, notbuk, smartfon və ya televizor qarşısında altı saat qalmaq, dəriyə günorta günəşində qorunmadan yarım saat qalmaqla müqayisə oluna bilər.

“Mavi işığa məruz qalmaq hiperpiqmentasiyaya səbəb olur. Bundan əlavə, qadcetlərin təsiri dərinin qocalmasını sürətləndirir, ləkələrə və dərinin qurumasına səbəb olur. Smartfondan çıxan mavi işığın epidermisin təbəqələrində kollagenin sintezinə mənfi təsir etdiyi eksperimental olaraq göstərilib”, - deyə kosmetoloq bildirib.

Onun sözlərinə görə, gözəlliyi və sağlamlığı qorumaq üçün gün ərzində telefonla əlaqə vaxtını məhdudlaşdırmaq, həmçinin mümkün olduqca danışarkən qulaqcıqdan istifadə etmək lazımdır.

“Telefon seçərkən SAR (Specific Absorption Rate) göstəricisini nəzərə almaq tövsiyə olunur – o, nə qədər aşağı olsa, sağlamlıq üçün bir o qədər yaxşıdır. Smartfonunuzun ekranında mavi işıq filtri quraşdırın və qayğınıza xüsusi məhsullar əlavə edin. “B3” və ya “C” vitaminləri kimi güclü antioksidantları olan qulluq məhsulları dərini qorumağa kömək edəcək. Bundan başqa, tonal məhsullar da dərini yaxşı qoruyur”, - deyə Seredkina sözlərini yekunlaşdırıb.