Bakı 22˚C Showers

Sobçak Rusiyaya qayıdıb

Siyasət 13:49 07 noy, 2022
Sobçak Rusiyaya qayıdıb

Rusiyalı tanınmış jurnalist və teleaparıcı Kseniya Sobçak Rusiyaya qayıdıb.

Qazet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sobçakın hazırda Rusiya sərhədini keçdiyi və Pskov vilayətində olduğu bildirilib. Jurnalistin anası Lyudmila Narusova onun Rusiyaya qayıtmasını təsdiq etməyib.

Xatırladaq ki, Sobçak 12 gün bundan əvvəl Rusiyanı Belarus vasitəsilə ilə tərk edərək Litvaya getmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Sobçakın evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılmışdı. Axtarışın əvvəl onun kommersiya direktoru barəsində olan cinayət işi çərçivəsində aparıldığı açıqlansa da, sonradan Sobçakın saxlanılması barədə orderin olması barədə məlumat yayılıb. Jurnalistin "Rostex"in rəhbərindən 11 milyon rubl məbləğındə hədə qorxu ilə pul tələb olunması ilə bağlı açılan cinayət işində adının keçdiyi barədə əvvəl məlumat yayılsa da, sonradan həmin cinayət işində şübhəli şəxs olmadığı bildirilib.