Şöbə müdiri: "Uşaqların təhsil, səhiyyəyə çıxışında problemlər var"
Bunu "Regional İnkişaf" İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri deyib
"Uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi onlara göstərilən diqqət və qayğının nümunəsidir".
Qazet.az "Report"a istinadən xəbər verir ki, bunu "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, uşaqlar üçün keyfiyyətli həyatın təmin olunmasında vacib məsələlərdən biri uşaq hüquqları barəsində genişmiqyaslı işlərin aparılmasıdır: "Uşaqlar iqlim dəyişikliyi, təhsil, psixologiya, sağlamlıq və s. məsələlərdə öz səslərini ucaldır. Uşaq hüquqlarının qlobal problem olması pandemiyada bir daha öz əskini tapdı. Uşaqların təhsil, səhiyyəyə çıxış imkanlarının azalması bu istiqamətlərdə çatışmazlıqlar olduğunu göstərdi".