Bakı 3˚C Partly sunny

SOCAR-dan itkin düşən neftçi ilə bağlı AÇIQLAMA

Gündəm 13:19 09 dek, 2021

Neft Daşlarında itkin düşən SOCAR əməkdaşının axtarış işləri hələ də davam edir.

SOCAR-dan itkin düşən neftçi ilə bağlı AÇIQLAMA

Neft Daşlarında itkin düşən SOCAR əməkdaşının axtarış işləri hələ də davam edir.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, axtarış işlərində hələ ki, nəticə əldə edilməyib:

“Hava şəraiti imkan verdikcə, axtarış işlərini davam etdiririk. Bəzi günlərdə hava kəskin dəyişir və axtarış aparmağa imkan olmur. Lakin normal hava şəraitində axtarış işlərini aktiv şəkildə davam etdiririk”.

Qeyd edək ki, SOCAR əməkdaşı olan Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

1972-ci il təvəllüdlü Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur, ailəlidir, iki oğlu var.