SOCAR internet dələduzları ilə bağlı xəbərdarlıq etdi - FOTO
Cəmiyyət
19:20 15 noy, 2021
Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb
SOCAR və bəzi başqa şirkətlər adından internet dələduzları tərəfindən göndərilən elanlarda hədiyyə udmaq imkanı təklif olunur.
Qazet.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Bildirilib ki, adətən bu cür internet dələduzluğunun məqsədi insanların şəxsi məlumatlarını əldə etməkdir:
“SOCAR qətiyyətlə bəyan edir ki, internet üzərindən sorğu və ya müsabiqələr keçirməklə uduş və qazanc əldə etmək imkanlarını təklif etmir. Azərbaycanda SOCAR-ın rəsmi elanları yalnız socar.az saytında dərc olunur. Hər kəsə dələduzların toruna düşməmək üçün ehtiyatlı olmağı tövsiyə edirik”.