Bakı 14˚C Cloudy

SOCAR “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində iştirak payını artırır

Gündəm 17:24 10 dek, 2021

SOCAR “Petronas” şirkətinə məxsus olan 4.35 %-lik iştirak payını alıb

SOCAR “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində iştirak payını artırır

“Petronas” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişindəki payını satmağa qərar verəndən sonra layihənin tərəfdaşları arasında saziş üzrə üstünlük hüquqlarına dair müddəalara uyğun olaraq, SOCAR “Petronas” şirkətinə məxsus olan 4.35 %-lik iştirak payını alıb.

SOCAR-dan bildirilib ki, “Petronas” şirkətinə məxsus 15.5 %-lik iştirak payının qalan hissəsi “Şahdəniz” layihəsində iştirak edən “LUKOIL” və bp şirkətləri tərəfindən satın alınıb.

Bununla da SOCAR-ın “Şahdəniz” layihəsində birbaşa iştirak payı 14.35 %-ə yüksəlir. Bu şərtlər nəzərə alınmaqla müvafiq sazişin 2022-ci ilin yanvar ayında qüvvəyə minməsi gözlənilir.