Bakı 23˚C Sunny

Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb

Siyasət 19:23 26 noy, 2021

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb

Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

Qazet.az verir ki, üçtərəfli görüş Rusiya dövlət başçısının təşəbbüsü ilə keçirilir və Qarabağda münaqişənin bitməsi ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının imzalanmasının birinci ildönümünə həsr olunub.

Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələlərinə baxılacaq.