ŞOK HADİSƏ: Mədəsindən mismar, qəpik, iynə, açar çıxdı
Psixiatrlar bu barədə açıqlamalarında qeyd edir
İnsanın mədəsindən mismar, dırnaq qayçı, iynə, bıçaq kimi əşyaların tapılması qəribədir elə deyil? Bəs necə olur ki, bu kimi yüzlərlə əşya bəzi insanların mədəsinə zərər vermədən girə bilir? Belə əşyaların ağıza atılması psixoloji pozğunluğun əlamətidirmi?
Qazet.az xəbər verir ki, Türkiyənin Van şəhərində 24 yaşlı qadın xəstəxanaya gedərkən maraqlı fakt üzə çıxıb. Qarın ağrısı şikayəti ilə həkimə üz tutan pasientə mədə tomoqrafiyası edilir. Onun mədəsindən 158 ədəd metal parçası, o cümlədən mismar, dırnaq kəsən, iynə, cib bıçaqları, maqqaşlar, meyvə bıçaqları, sancaqları, açarlar və saç sancaqları aşkar edilib.
Həmin xəstəxanaya mədə ağrısı şikayəti ilə müraciət edən 35 yaşlı kişinin mədəsindən isə 50 ədəd qəpik, mismar, daş, şüşə kimi ümumilikdə 233 əşya çıxarılıb.
Qeyd edək ki, dünyada buna bənzər müxtəlif nümunələr var: Kosovonun paytaxtı Priştinada 33 yaşlı xəstənin mədəsindən “ Nokia 3310” telefonu tapılıb. Telefon üç parçaya bölünərək sözügedən şəxsin mədəsindən çıxarılıb.
Son zamanlar tez-tez rastlaşdığımız belə hadisələr necə baş verə bilər? Bu əşyaları necə yemək olar? Belə əşyaları yemək psixoloji pozuntudurmu? Bədənin fəaliyyətinə zərərlidirmi?
Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti Prof. Dr. Ahmet Serdar Karaca yad cisim qəbulunun ən çox uşaq, yaşlı, məhbus və psixiatrik xəstələrdə olduğunu qeyd edib.
Psixiatrik xəstələrdə yad cisim qəbulundan sonra fəsadların və ölümcül vəziyyətlərin digər xəstə qruplarına nisbətən daha çox olduğunu bildirib.
Psixiatr Prof. Dr. Nursu Çakın Memik bunun "Pika sindromu" ilə bağlı olduğunu bildirir. Memik deyir ki, "Pika sindromu qida sayılmayan maddələrin davamlı qəbuludur. Xalq arasında torpaq yemək vərdişi kimi tanınır. Bu bəzən zərərsiz ola bilər, bəzən də bədənə zərərli və zəhərli ola bilər".
Qaynaq