Bakı 21˚C Mostly sunny

ŞOK: "Qalatasaray" PSJ-nin dünyaca məşhur futbolçusunu transfer edir

İdman 14:08 16 dek, 2021

 İstanbul nəhəngi PSJ-nin qışda yollarını ayıracağı 29 yaşlı fransalı müdafiəçisi Leyvin Kurzavanı transfer etmək istəyir

ŞOK: "Qalatasaray" PSJ-nin dünyaca məşhur futbolçusunu transfer edir

"Qalatasaray" qışda heyətinə məşhur futbolçu qata bilər.

Qazet.az-ın Fransa mediasına istinadən məlumatına görə, İstanbul nəhəngi PSJ-nin qışda yollarını ayıracağı 29 yaşlı fransalı müdafiəçisi Leyvin Kurzavanı transfer etmək istəyir. Lakin futbolçu paytaxt klubundan getmək niyyətində deyil. Adı çəkilən oyunçunun Paris klubuyla 2024-cü ilə kimi müqaviləsi var.

Kurzava bu mövsüm PSJ-nin heyətində 1 maçta meydana çıxıb.

Qeyd edək ki, o, 2015-ci ildən PSJ-də top qovur.