Bakı 6˚C Sunny

"Söküb aparsınlar, lazım deyil" - Şəhidə qarşı etinasızlıq

Cəmiyyət 18:33 28 okt, 2021

Binəqədi rayonunda şəhid ailəsi etinasızlıqdan narazılıq edir

"Söküb aparsınlar, lazım deyil" - <span style="color:red">Şəhidə qarşı etinasızlıq</span>

Bakı şəhəri Binəqədi rayonunda yaşayan şəhid ailəsi onlara qarşı edilən etinasızlıqdan şikayət edirlər.

Qazet.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon dairəsi, Adil Məmmədov küçəsi 99 ünvanında yaşayan şəhid Rafiq Heydərovun ailəsi övladları üçün söz verilsə də, bir ildir tikilməyən abidə ilə bağlı narazılıq edirlər.

Şəhidin ailəsi və yaxınlarının dediyinə görə, şəhidimizin adının əbədiləşdirilməsi üçün Binəqədi rayon İcra Hakimiyyəti bir sıra təkliflər irəli sürüb. Ailə bu təkliflər içərisində seçim edərək, Rafiqin yaşadığı məhəllədə bir abidənin hazırlanmasına razılıq verib. Amma Binəqədi rayon İcra Hakimiyyəti bu işi bir il ərzində görə bilməyib.

Şəhidin yaxınlarınınverdiyi məlumata görə, 6 ay ancaq abidənin yeri ilə bağlı müzakirələr gedib. İcra nümayəndələri abidəni şəhidin yaşadığı mənzilin blokun içinə (!) yerləşdirmək istəyiblər, ailə razı olmayıb. Ailənin təklif etdiyi yerə isə icra nümayəndəsi icazə verməyib. Uzun-uzadı davam edən və şəhid ailəsini incik salan danışıqlardan sonra axır abidənin yeri müəyyənləşib.

Bundan sonra isə icra nümayəndələri abidənin hazırlanma işini yubadıblar. Bir gün yağış, başqa gün materialların olmaması, növbəti gün mühəndislərin gəlməməsi... Hər gün bir bəhanə və nəticədə 45 gün ərzində abidə ancaq yarımçıq formada hazır olub. Bir müddət sonra isə icra nümayəndələri ümumiyyətlə yoxa çıxıblar. Nəticədə, cəmi bir aya hazırlanması mümkün olan abidə Binəqədi rayon İcra Hakimiyyətinin laqeyd münasibəti səbəbindən bir ildən çox keçməsinə baxmayaraq hələ də tam hazır vəziyyətə gətirilməyib.

Hazırda şəhidin ailəsi ümumiyyətlə yarımçıq abidənin sökülməsini tələb edir. Şəhidin atası icra hakimiyyətinin laqeyd münasibətindən qəzəblənərək “Quraşdırdıqlarını da söküb aparsınlar, oğluma belə abidə lazım deyir” deyir.

Qeyd edək ki, Bu il, oktyabr ayının 14-də Füzuli və Xocavənd rayonlarının azad edilməsi və Vətən uğrunda medalları ilə təltif olunmuş, ələ keçirilmiş düşmən hərbi hissəsinə Azərbaycan bayrağını sancmış 25 yaşlı Rafiq Heydərovun şəhadətinin ildönümü mərasimi keçirildi.

Mənbə