Bakı 5˚C Mostly cloudy

Somalidə hücum: 9 nəfər öldü

Gündəm 14:00 04 yan, 2023
Somalidə hücum: 9 nəfər öldü

Şərqi Afrika ölkələrindən biri olan Somalidə hücum olub. 

Qazet.az "trthaber.com"a istinadən xəbər verir ki, bu dəfə Somalidəki terrorçuların hədəfi ölkənin mərkəzi hissəsində yaşayan dinc sakinlər olub.

Terrorçular Mahas şəhərində eyni vaxtda iki bomba yüklü maşını partladıblar.

İlkin araşdırmalara görə, partlayışlarda 9 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.