Bakı 3˚C Mostly cloudy

Son 1 ildə ağac kəsintisi və digər qayda pozuntuları ilə bağlı 182 cinayət işi başlanıb

Cəmiyyət 12:05 01 okt, 2022
Son 1 ildə ağac kəsintisi və digər qayda pozuntuları ilə bağlı 182 cinayət işi başlanıb

Son bir il ərzində ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması diqqət mərkəzində saxlanılıb, bu sahədə əsasən, ağacların qanunsuz kəsilməsi və yerin təkindən istifadə qaydalarının pozulması faktları ilə əlaqədar 182 cinayət işi başlanıb.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.

“Ötən bir il ərzində 331 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 13 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılmış, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 8 uşaq sığınacaq və körpələr evinə yerləşdirilmişdir.

Bununla yanaşı, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması diqqət mərkəzində saxlanılmış, bu sahədə əsasən, ağacların qanunsuz kəsilməsi və yerin təkindən istifadə qaydalarının pozulması faktları ilə əlaqədar 182 cinayət işi başlanmışdır”, - Kamran Əliyev vurğulayıb.

Qeyd edilən sahələrdə, eləcə də əmək hüquqlarının, idarəçilik qaydalarının həyata keçirilməsi ilə əlaqədar yol verilmiş nöqsan və pozuntuların baş verməsi səbəblərinin aradan qaldırılmasına dair müvafiq dövlət orqanlarına təqdimatlar göndərilmiş, dövlətin və cəmiyyətin maraqlarının qorunması üçün 97 halda fiziki və vəzifəli şəxslərə prokuror təsir tədbiri olan xəbərdarlıq edilib.