Bakı 27˚C Sunny

Son 10 ildə 2604 Azərbaycan vətəndaşı ərazi mənsubiyyətinə görə Ukrayna vətəndaşlığını alıb

Gündəm 18:42 04 okt, 2021

Ümumilikdə 3125 Azərbaycan vətəndaşı son 10 ildə bu sadalanan meyarlara görə Ukrayna vətəndaşlığı alıb

Son 10 ildə 2604 Azərbaycan vətəndaşı ərazi mənsubiyyətinə görə Ukrayna vətəndaşlığını alıb

Ukraynada son 10 ildə valideynlərindən birinin yerli vətəndaş olmasına və ərazi mənsubiyyətinə görə vətəndaşlıq alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Qazet.az xəbər verir ki,, Ukrayna Dövlət Miqrasiya Xidmətindən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının sorğusuna cavab olaraq bildirilib ki, bu müddət ərzində ərazi mənsubiyyətinə görə 2604, valideynlərinin birinin Ukrayna vətəndaşı olmasına görə isə 521 Azərbaycan vətəndaşına Ukrayna vətəndaşlığı verilib. Ümumilikdə 3125 Azərbaycan vətəndaşı son 10 ildə bu sadalanan meyarlara görə Ukrayna vətəndaşlığı alıb.

UABD-dan o da bildirilir ki, təşkilatın hüquqi mərkəzi mütəmadi olaraq Ukraynada Azərbaycan vətəndaşlarının digər məsələlər ilə yanaşı, sosial dinamikasını da izləyir.