Bakı 24˚C Windy

Son 122 ildə ilk dəfə difteriya aşkar edilib

Cəmiyyət 11:40 04 iyl, 2022

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Son 122 ildə ilk dəfə difteriya aşkar edilib

Avstraliyanın Yeni Cənubi Uels ştatında 2 nəfərə difteriya diaqnozu qoyulub.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, xəstəlik 2 uşaqda aşkar edilib. Onlardan biri reanimasiyaya yerləşdirilib. Pasiyentlərin yaxın ətrafı da müalicəyə cəlb edilib.

Bildirilib ki, ölkədə 1900-cü ildən sonra ilk dəfədir difteriya aşkar edilir.