Son “125 ilin ən yaxşı kitabı” məlum olacaq
Final seçimləri 10 gün davam edəcək və dekabr ayı ərzində başa çatması nəzərdə tutulub. Qalib kitab da oxucuların səsverməsinə əsasən təyin ediləcək.
“THE NEW YORK TIMES” qəzeti son 125 ilin ən yaxşı kitabını seçmək üçün böyük bir sorğu başladıb.
Qazet.az Kulis.az-a istinadən xəbər verir ki, dünyanın hər tərəfindən oxucuların tövsiyə etdiyi kitabları qiymətləndirən New York Times redaktorları final mərhələsi üçün 25 kitabdan ibarət siyahı hazırlayıblar.
Hər yazarın sadəcə bir kitabı olmaqla təşkil edilmiş bu siyahıda fantastik əsərlərdən tutmuş distopik romanlara qədər hər cür kitab yer alır.
Siyahıda “1984” (Corc Oruel), “Çovdarlıqda uçurumdan qoruyan”( Selincer), “Rüzgar kimi keçdi” (Marqaret Mitçel), “Qəzəb salxımları” ( Con Steynbek), “Möhtəşəm Qetsbi” ( F.Skott Fitçerald), “Damazlıq qızın hekayəsi” ( Marqaret Etvüd), “Harri Poter və fəlsəfə daşı” (J.K.Rovlinq), “Bülbülü öldürmək” ( Harper Li), “Lolita” ( Nabukov), “Yüz ilin tənhalığı” (Markez), “Ulisiss” (Ceyms Coys) kimi məşhur romanlar yarışır.