Bakı 6˚C Sunny

Son dəqiqə: Antalyada sel - Evləri su basdı

Hadisə 07:43 12 dek, 2022
Son dəqiqə: Antalyada sel - Evləri su basdı

Antalyanın Kumluca və Finike rayonlarında leysan yağışlar selə səbəb olub. Çoxlu ev və iş yerləri su altında qalıb. Rayonlarda ibtidai və orta məktəblərdə tədris 1 gün müddətinə dayandırılıb.

Qazet.az xəbər verir ki, bu barədə "TRTHaber" məlumat verib.

Bələdiyyənin səsgücləndiriciləri ilə elanlar verilərək, vətəndaşlara evlərini tərk etməmələri və təhlükəsiz yerlərdə qalmaları barədə xəbərdarlıq edilib.

Sel nəticəsində rayon mərkəzində bəzi avtomobillər sürüklənib, maşınlarda sıxılmış vəziyyətdə qalanlar isə tikinti texnikasının köməkliyi ilə xilas edilib.

Təhsil dayandırılıb

Kumluca Kaymakamı və Finike Baş məmur müavini Tekin Erdenir sel səbəbiylə Kumluca və Finikedəki ibtidai və orta məktəblərdə təhsilin 1 gün müddətinə dayandırıldığını açıqlayıb.

“Vətəndaşlarımızın diqqətli olmasını istəyirik”

Kumluca Bələdiyyə Başçısı Mustafa Köleoğlu sosial media hesabından "Mərkəzdəki bütün körpülərin uçması səbəbindən yağış suları sellərə səbəb olub, alt mərtəbələrə və avtomobillərə ziyan vurub. Vətəndaşlarımızın diqqətli olmasını istəyirik" deyə paylaşım edib.