Bakı 4˚C Mostly cloudy

SON DƏQİQƏ! Bakı və Tehran arasında YENİ BÖHRAN: Səfirimiz İran XİN-ə ÇAĞIRILDI – NARAZILIQ

Gündəm 02:39 01 okt, 2021

Bununla yanaşı Xoseyn Əmir Abdollahian Azərbaycanın ərazisində İranın iki sürücüsünün saxlanılması ilə bağlı narazılığını da bildirib.

SON DƏQİQƏ! Bakı və Tehran arasında YENİ BÖHRAN: Səfirimiz İran XİN-ə ÇAĞIRILDI – NARAZILIQ

Xəbər verildiyi kimi, bu gün Azərbaycanın İran İslam Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə İranın xarici işlər naziri Xoseyn Əmir Abdollahiana öz etimadnamələrini təqdim edib.

Qazet.az xəbər verir ki, İranlı nazir azərbaycanlı səfirə Tehrandakı missiyasında uğurlar arzu edib və mehriban qonşuluq siyasəti çərçivəsində ikitərəfli münasibətlərin vacibliyini vurğulayıb.

Bununla yanaşı Xoseyn Əmir Abdollahian Azərbaycanın ərazisində İranın iki sürücüsünün saxlanılması ilə bağlı narazılığını da bildirib.

Abdollahian həmçinin ölkəsinin öz ərazisində hərbi təlimlərin keçirilməsi məsələsinə də toxunub. O bu cür təlimlərin keçirilməsini hər bir dövlətin suveren haqqı olduğunu vurğulayaraq deyib ki, “İran onun milli təhlükəsizliyinə qarşı yönəlmiş sionist rejiminin ərazisində qalmasına imkan verməz və bununla bağlı lazımı tədbirlər həyata keçirər”.

Öz növbəsində, Əli Əlizadə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, İran İslam Respublikasının Quru Qoşunlarının komandanı Kiyumers Heydəri bəyan etmişdi ki, İranın Silahlı Qüvvələrinin quru qoşunları ölkənin şimal-qərb bölgəsində (Ərdəbil, Şərqi Azərbaycan və Zəncan) təlim keçirməyə başlayır. Onun sözlərinə görə, təlimlərdə İran Silahlı Qüvvələrinin haubitsa, pilotsuz uçuş aparatları, vertolyotlar və zirehli texnikasından istifadə ediləcək.