Bakı 23˚C Mostly cloudy

FHN Xaçmazdakı yanğınla bağlı məlumat yaydı - FOTO/VİDEO (YENİLƏNDİ)

Cəmiyyət 22:20 11 iyl, 2022

Yanğın Xaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə qeydə alınıb

FHN Xaçmazdakı yanğınla bağlı məlumat yaydı - FOTO/VİDEO (YENİLƏNDİ)

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. 

Qazet.az xəbər verir ki, hazırda yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. 

Əlavə məlumat veriləcək.

***19:04

Xaçmazdakı yanğın səbəbindən bağlanan yol açılıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, avtomobillərin Xaçmaz-Xudat və əks istiqamətdə gediş-gəlişi bərpa olunub.

Qeyd edək ki, Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğınla bağlı Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. 

***

Xaçmaz rayonunda baş verən meşə yanğını nəzarətə götürülüb.

Bu barədə APA-ya Xaçmaz Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Yanğının məhdudlaşdırılması istiqamətində işlər davam etdirilir.

***

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qazet.az xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

xxx

Xaçmazda meşə massivində yanğın başlayıb.

Qazet.az xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə qeydə alınıb.

Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub 

Xaçmazda meşə massivində yanğın başlayıb - FOTO  - VİDEO
Xaçmazda meşə massivində yanğın başlayıb - FOTO  - VİDEO