Son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb
Cəmiyyət
16:43 10 dek, 2022
![Son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb](https://qazet.az/resized/fit900x500/center/pages/130635/ced98865-0e9a-3381-93cf-aefb449a35f8.jpg)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, xəstəlikdən 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 466 nəfər müalicə olunaraq sağalıb, hazırda 350 aktiv xəstə var. Bu günə qədər 9 986 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 843, bu günə qədər isə ümumilikdə 7 393 110 test icra olunub.