Son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Cəmiyyət
17:50 19 dek, 2022
![Son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb](https://qazet.az/resized/fit900x500/center/pages/133336/16714569811634482957ey-covid-19-vaccination-strategy.jpg)
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Bu barədə Qazet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Vurulan vaksinlərin ümumi sayı 13 927 861, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 615, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 997, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 861, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 388 nəfər təşkil edir.