Son sutkada Gürcüstanda koronavirusdan 44 nəfər ölüb
Gündəm
13:30 01 noy, 2021
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib
Gürcüstanda ötən sutkada koronavirusa 2 141 yeni yoluxma halı təsdiqlənib, 5 081 nəfər müalicə olunaraq sağalıb, 44 pasiyent vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 721 388 nəfərdə aşkarlanıb. Onların 665 599-u sağalıb, 10 089-u isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 45 674 nəfər təşkil edir.