İşğalçılar Ukraynada dəhşət yaşadı - 370 canlı qüvvə, 44 tank, 1 təyyarə məhv edildi - FOTO
Gündəm
12:15 04 okt, 2022
![İşğalçılar Ukraynada dəhşət yaşadı - 370 canlı qüvvə, 44 tank, 1 təyyarə məhv edildi - FOTO](https://qazet.az/resized/fit900x500/center/pages/109433/photo-181417.jpg)
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 60800 (+ 370) nəfər canlı qüvvəsi, 2424 (+44) tank, 5018 (+27) zirehli döyüş maşını, 1407 (+2) artilleriya sistemi, 340 (+2) reaktiv yaylım atəşi sistemi, 177 (+1) hava hücumundan müdafiə sistemi, 266 (+1) təyyarə, 228 helikopter, 1028 (+11) PUA, 246 (+0) qanadlı raket, 15 (+0) gəmi, 3823 (+12) avtomobil texnikası və avtosistern, 131 (+0) xüsusi texnikası məhv edilib.
İşğalçılar ötən gün ən böyük itkisini Kramatorsk və Baxmut istiqamətlərində verib.