Son sutkada koronavirusdan 19 nəfər vəfat etdi - yoluxanların sayı 2000-ə çatır..
Cəmiyyət
19:47 17 okt, 2021
764 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1896 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 502 207 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 478 nəfər müalicə olunaraq sağalıb, 6 765 nəfər vəfat edib, aktiv xəstə sayı 17 039 nəfərdir.
Ölkədə son sutka ərzində 11 261, hazırkı dövrədək isə 5 025 402 test aparılıb.