Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?
Cəmiyyət
18:13 30 okt, 2021
Bu günə qədərümumilikdə 5 183 839 test icra olunub
![Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?](https://qazet.az/resized/fit900x500/center/pages/33580/f478ca36-12e8-49b9-8f4e-b1b203d2726a.jpeg)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 189 yeni yoluxma faktı qeydə alınıb, 1 585 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 529 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib. 29 686 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, bu günə qədər isə ümumilikdə 5 183 839 test icra olunub.