SOS! - ÜSŞ meymunçiçəyini pandemiya ELAN ETDİ
Ümumdünya Səhiyyə Şəbəkəsindən (WHN) məlumat verilib

Dünyada meymunçiçəyi xəstəliyi ilə bağlı pandemiya elan edilib.
Qazet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Şəbəkəsi (WHN) məlumat yayıb.
Şəbəkənin məlumatına görə, dünyanın 58 ölkəsində 3,4 mindən çox təsdiqlənmiş xəstəliyə yoluxma halı artıq qeydə alınıb və bu, bir neçə qitədə sürətlə yayılır.
“Qarşılıqlı qlobal tədbirlər olmadan epidemiya bitməyəcək. Çiçək xəstəliyindən çox aşağı ölüm nisbəti olsa belə, davamlı yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan öləcək və daha çox insan kor və əlil olacaq. Meymun çiçəyi pandemiyasının daha da böyüməsini gözləmək üçün heç bir əsas yoxdur. Hərəkət etmək üçün ən yaxşı vaxt indidir. ”, - deyə PhD, New England Kompleks Sistem İnstitutunun prezidenti və WHN-nin həmtəsisçisi Yaneer Bar-Yam açıqlamasında bildirib.
Vurğulanıb ki, qabaqcadan tədbirlər görülsə, ən az səylə epidemiyaya nəzarət etmək və nəticələrin daha da pisləşməsinin qarşısını almaq mümkün olacaq.
ÜST-tən qeyd edilib ki, indiyədək ən çox yoluxma böyüklərdə olub, lakin uşaqlar arasında xəstəliyin hər hansı yayılması daha ağır hallara və daha çox ölümə səbəb olacaq.
Bildirilib ki, epidemiya razılaşdırılmış qlobal tədbirlər olmadan dayanmayacaq.
Qeyd edək ki, WHN elanı, meymun çiçəyi epidemiyasının təyin edilməsinə qərar vermək üçün 23 iyunda keçiriləcək ÜST iclasından əvvəl gəlir.
Qaynaq
Qaynaq