Sosial eksperiment zamanı qəza baş verib -Türkiyə
Gündəm
18:55 30 sen, 2021
Bundan sonra bir karqo şirkətinə məxsus maşın yol verdiyi anda onun dayanacağını gözləməyən avtobus arxadan həmin maşını vurub

Türkiyənin paytaxtı Ankara şəhərində aparılan sosial eksperiment zamanı qəza baş verib.
Qazet.az "medya Ankara"ya istinadən xəbər verir ki, sosial eksperiment keçirən aparıcı və onu müşayiət edən şəxs piyada keçidində dayanaraq maşınların onlara yol verib verməməsini yoxlayıb. Bundan sonra bir karqo şirkətinə məxsus maşın yol verdiyi anda onun dayanacağını gözləməyən avtobus arxadan həmin maşını vurub.
Hadisə baş verən an aparıcının reaksiyası isə gülüş doğurub.