Sosial media haqqında qanun qüvvəyə mindi - Dezinformasiya yayan şəxslər həbs olunacaq
Türkiyədə "Sosial Media Qanun" qüvvəyə minib.
Qazet.az rəsmi qanuna istinadən xəbər verir ki, bundan sonra internet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara da press kart veriləcək.
Eyni zamanda uşaqların və yetirmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək.
Həmçinin bütün xəbər saytları yayımladığı xəbərləri arxivdə saxlamağa məcburdur. Yeni qanunla dövlət qurumu xəbəri silməyi saytdan tələb edə biləcək. Mənbə xəbəri siləndən sonra bütün saytlar da silməlidir. Rəsmi elanlar və reklamlar xəbər saytlarında da yayımlana biləcək. Rəsmi ünvanı olmayan sayt xəbər saytı hesab olunmayacaq. Sosial şəbəkələr (feysbuk, tviter, instaqram,yutub, tiktok) Türkiyədə rəsmi ofis açmağa məcbur ediləcək. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır. Yeni qanuna görə, sosial mediada dezinformasiya yayan şəxsləri 3 ilə qədər həbs gözləyir.