Sosial şəbəkədə onlayn yolla narkotik satan şəxsə 9 il həbs cəzası verilib
İ.babayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il mddətinə azadlıqdan məhrum edilib
Sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirməkdə təqsirləndirilən İlqar Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Qazet.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, İ.babayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il mddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirlərinin ilə saxlanılan 1996-cı il təvəllüdlü İlqar Bayramovun üzərindən “Ekstazi” həbi, “Kokain” və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı onun sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdiyi məlum olub.