Sosial şəbəkələrdə təxribatçı dini çıxışlar edən qadın ƏSLİNDƏ ERMƏNİ İMİŞ... - Fotolar
Yeri gəlmişkən, qeyd edək ki, bir neçə gün əvvəl şəhid məzarında dini təbliğat aparan qadının da o olduğu üzə çıxıb.
Son vaxtlar sosial şəbəkələrdə zərərli dini təbliğat aparan, dini motivli çağırışlar edən, təxribat xarakterli davranışlara səsləyən müxtəlif videolar yayımlanır.
“Qazet.az” xəbər verir ki, həmin videolarda çıxış edən, özünü “Hüseyn aşiqi”, “Zeynəbçi” kimi təqdim edən qadının erməni olduğu üzə çıxıb.
Belə ki, bir neçə il öncə mediada onunla bağlı araşdırma yayımlanıb. Bildirilib ki, mömin görkəmli bu qadın nə mömindir, nə Həcc ziyarətində olub, nə də azərbaycanlıdır.
Bu qadın, əslində, erməni Marietta Vartanyandır.
Marietta Vartanyan (Kərimova) 1952-ci ilin martın 10-da Qazax şəhərində, erməni ailəsində doğulub. Anası erməni, atası isə kürd Məhərrəm Kərimov olub.
Mariettanın atası ilə anası ayrılıb, bundan sonra o, erməni anası ilə İrəvana gedib. Anasının orada ərə getməsindən sonra Bakıya qayıdan Marietta burada təhsil almaq qərarına gəlib. O, eyni zamanda, Cəfər Cabbarlı adına adına İrəvan Dövlət Dram Teatrında işləməyə başlayıb.
Marietta baş inzibatçı vəzifəsində çalışan, "Daşnaksütyun"a xüsusi rəğbəti ilə tanınan Vrej Vartanyanla ailə həyatı qurub.
O, Armen və Arsen adlı iki oğlu, Diana adlı qızını qatı osmanlı türkü, azərbaycanlı düşməni kimi böyüdüb.
Marietta oğulları Armenlə Arseni Dağlıq Qarabağa döyüşlərə göndərib və övladları döyüşdə yaralandıqdan sonra Azərbaycana nifrəti daha da artıb.
Bundan sonra Vartanyan Ermənistanda fəaliyyət göstərən “Talışıstan tv” və “Ozode Tolışstoni Sədo”da özünü “İlhamə Cəfərzadə” kimi təqdim edərək, təxribatla məşğul olub. Ancaq “maskası yırtılan aktrisa” bir müddət görünməz olmağı seçib. Ta ki özünü “Hüseyn aşiqi” kimi göstərənədək…
O, son günlər videoların birini “xəbərdarlıq” başlığı ilə yayımlayıb və görüntülərdə İranı təbliğ edib:
“Bu milləti aldatma. İranı bunlara düşmən göstərib, insanları İrana söydürməklə elə bilmə ki, nəsə qazanırsan. Bu müvəqqətidir”.
Yeri gəlmişkən, qeyd edək ki, bir neçə gün əvvəl şəhid məzarında dini təbliğat aparan qadının da o olduğu üzə çıxıb.
Dövlət Təhlükəsizliyi Xidməti də məsələyə dərhal reaksiya verərək, təxribatçı çağırışlarla bağlı xəbərdarlıq edib:
“Cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq”.