Bakı 6˚C Dreary

Sosial şəbəkələrin yaratdığı xəstəlik: kiberbullinq - beyni və bədəni zəhərləyir

Cəmiyyət 10:52 13 noy, 2021

Artıq 58% istifadəçilər kiberbullinqlə üzləşib, 48% insan isə bir dəfə də olsa, neqativ rəy, status və təhqirlə üzləşib

Sosial şəbəkələrin yaratdığı xəstəlik: kiberbullinq - beyni və bədəni zəhərləyir

Gənc və yeniyetmələrdə son zamanlar rast gəlinən fiziki və psixoloji problemlərin kökündə dayanan səbəblərdən biri də müasir dövrün bəlası kiberbullinq - internetdən asılılıq və sosial şəbəkələrdir.

Qazet.az xəbər verir ki, xüsusi ekosistemin statistikasına görə, artıq 58% istifadəçilər kiberbullinqlə üzləşib, 48% insan isə bir dəfə də olsa, neqativ rəy, status və təhqirlə üzləşib.

Xroniki kiberbullinq nədir və sağlamlığa necə təsir edir?

Kiberbulinqdə 2 tərəf var: aqressor və qurban. Aqressor neqativ, tənqid, təhqir dolu rəy, status, mesaj yazır, qurban isə hədəfdir.

Qurban bu hücumla zəhərlənir, daxilən gərginlik, stress keçirir, qəzəb, kin, kədər, özünə əminsizlik, təhlükədə olduğunu düşünür, qarşı tərəfi tanımasa və real həyatda üzləşməsə belə bütün bunları real təhlükə kimi qəbul edir.

Uzun müddətli kiberbullinq postravmatik stres və təşviş pozuntusuna səbəb olur, yuxu pozulur, başağrıları, miqren başlayır, insan özünə qapanır, immunitet zəifləyir, iştaha azalır, depressiya və nevroz, panik atak başlayır, diqqət yayqınlığ, hərəkətlərdə süstlük, qəribə davranış, gözlərdə dəyişiklik hiss olunur.

 

Ən yüksək həddə qurban hətta intihar fikirlərinə düşür. Çox zaman uşaqlar, yeniyetmələr, məktəblilər, gənc qızlar bu barədə valideynlərinə, müəllimlərinə demir, təhsildə yayınır, geri qalır və səbəbi soruşduqda aqressiv davranır və ya ağlayır.

Kiberbulinqin gələcək təsiri : bu adamlar sosial adaptasiya ola bilmir, təhsildə, işdə geri qalır, yeniliklərdən qaçır, münasibət qura bilmir, ailə qurmaq istəmir, dünyanı və insanları özü üçün təhlükəli bilir. /medicina.az