Bakı 15˚C Sunny

Şotlandiya millisinin sabiq qapıçısı xərçəngdən dünyasını dəyişib

İdman 20:40 02 iyl, 2022

"Reyncers"in sabiq oyunçusu apreldə xəstəliyə tutulduğunu açıqlamışdı

Şotlandiya millisinin sabiq qapıçısı xərçəngdən dünyasını dəyişib

Şotlandiya millisinin sabiq qapıçısı Endi Qoram vəfat edib.

Qazet.az-ın məlumatına görə, keçmiş qolkiper 58 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

"Reyncers"in sabiq oyunçusu apreldə xəstəliyə tutulduğunu açıqlamışdı.

Qeyd edək ki, Endi Qoram 5 dəfə Şotlandiya çempionatının, 3 dəfə ölkə kubokunun qalibi olub. Təcrübəli oyunçu 2000/2001 mövsümündə "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasını da qazanıb. Qoram 1985 - 1998-ci illərdə Şotlandiya yığmasının heyətində 43 matçda meydanda olub.