Soyuq müharibə düşüncəsindən imtina edin - Çin NATO-ya mesaj verdi
Gündəm
17:57 18 okt, 2021
Bunu Çin rəsmi nümayəndəsi Çjao Litszyan deyib

“NATO-nu Çinin sosial-iqtisadi inkişafını obyektiv və pozitiv qiymətləndirməyə çağırırıq.”
Qazet.az xəbər verir ki, bunu Çin rəsmi nümayəndəsi Çjao Litszyan deyib.
“NATO dünyanın ən böyük hərbi alyansı kimi soyuq müharibə epoxasının düşüncəsindən imtina etməlidir. Çinin inkişafına pozitiv yanaşmalıdır, eləcə də qlobal və regional təhlükəsizliyin təminatı üçün daha çox fəaliyyətdə olmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə NATO Baş katibi Yens Stoltenberq Çinin təhdid yaratdığını və Pekinin alyansın strateji konsepsiyasına əlavə ediləcəyini açıqlamışdı.