Space TV-də qalmaqal - Baş prodüser kanalı tərk etdi/ Təfərrüatlar(Özəl)
Cəmiyyət
13:10 03 dek, 2021
“SPACE TV”də işçilərin əmək haqqlarının verilməsi problemi yaranıb
Space TV-də kanalın baş prodüseri Rauf Dadaşovun işdən ayrılmasından sonra onunla birgə işə başlayan jurnalist heyətinin də kanalı tərk etmə ehtimalı yaranıb.
Qazet.az-a daxil olan məlumata görə, digər işçilərin ayrılma ehtimalı əmək haqqlarının gecikdirilməsi ilə bağlıdır.
Qeyd edək ki, bir neçə ay əvvəl kanal rəhbəri Müşviq Hətəmovun dəvəti ilə işə başlayan Rauf Dadaşov bu həftə kanalı tərk edib.
Onun sözlərinə görə, səbəb missiyasının başa çatması olub.
Bundan başqa, ötən həftə tanınmış rejissor Rauf Ocaqverdiyev də kanalı tərk edib.