SpaceX irkəti kosmosa 4 ton yük göndərdi
Gündəm
22:50 27 noy, 2022
ABŞ-nin kosmik nəqliyyat şirkəti SpaceX Falcon 9 raketi ilə yük daşıyan Dragon kapsulunu kosmosa uğurla buraxıb.
Qazet.az xəbər verir ki, SpaceX və Amerika Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uçuş həyata keçirilib.
Bildirilib ki, kapsul təxminən 4 ton qida və material daşıyacaq.
Əgər missiya problemsiz başa çatarsa, kapsul yanvarın əvvəlində Florida sahillərində dənizə paraşütlə atılacaq.
Qeyd edək ki, SpaceX şirkətinin rəhbəri milyarder İlon Maskdır.