Bakı 33˚C Partly sunny

"Spartak"ın sabiq futbolçusu 29 yaşında ölüb

İdman 14:36 15 iyl, 2022

Futbolçunun tromb damarı qırıldığı üçün vəfat edib

"Spartak"ın sabiq futbolçusu 29 yaşında ölüb

Rusiyanın "Spartak" klubunun sabiq futbolçusu Aleksandr Kozlov 29 yaşında ikən vəfat edib.

Qazet.az yerli mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu tromb damaranın qırılması nəticəsində dünyasını dəyişib.

O, 2010 - 2016-cı illərdə Moskva təmsilçisinin heyətində 28 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Aleksandr Kozlov karyerası ərzində "Ximki", "Tosno", "Fakel" və “Tümen” kimi klubların da formasını geyinib.