SSRİ-nin ilk gözəli tanımaz halda - FOTO
1988-ci ildə "Moskva gözəli" seçilən Mariya Kalininanın son halı görənləri təəccübləndirib.
Qazet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1988-ci ildə keçirilən "Moskva gözəli" müsabiqəsində 5 mindən çox iştirakçı toplanıb.
Teleaparıcı Leonid Yakuboviç münsiflər heyəti arasında yer alıb. Müsabiqə iştirakçıları arasından gələcək kino ulduzu Oksana Fandera parlasa da, sonda qələbə Mariya Kalininaya verilib. 16 yaşlı onuncu sinif şagirdi məktəbdə buraxılış imtahanları ilə məşğul olduğu üçün müsabiqəyə ciddi hazırlaşmayıb. Odur ki, SSRİ-nin ilk gözəli titulunu qazanmaq onun üçün də sürpriz olub.
Qələbədən sonra o, ABŞ-da çəkilişlərə dəvət olunub. Amerikada Kalinina karyerasına model kimi başlayıb, sonra isə aktyorluğa başlayıb. Lakin o, filmdəki rollarından o qədər də razı qalmayıb, prodüserlər ona aşağı büdcəli trillerlərdə obrazlar təklif ediblər.
Bundan sonra Maria yoqa və şərq təlimlərinə yazılıb. Aktiv idman və vegetarianizm "Moskva Gözəli"nin görünüşünə də ciddi təsir edib, 50 yaşı olmasına baxmayaraq, gənc görünür. O, hələ də ABŞ-da yaşayır və burada yoqa təlimçisi kimi fərdi dərslər verir. Kalinina prodüser Valeri Siqalla evlidir. Cütlüyün övladı yoxdur.