SSRİ yenidən doğulur - Rusiya və Belarus İttifaqa gedir
Rusiya Dövlət Dumasının komitə rəhbəri Leonid Kalaşnikov SSRİ-nin yenidən bərpa olunmasını elan edib
“Rusiya və Belarusun İttifaq dövlətinə birləşməsi SSRİ-nin dirçəlişinin başlanğıcı ola bilər. Keçmiş sovet respublikaları da bu formanın üstünlüklərini qiymətləndirərək, sonradan prosesə qoşulmaq istəyə bilər”.
Qazet.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri və Avrasiyaya inteqrasiyası komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib. O, hesab edir ki, keçmiş ittifaq dövlətlərinin yeni SSRİ yaratmaq şansları çox yüksəkdir və bunun bəzi “cəlbedici keyfiyyətləri” var:
“SSRİ yeni formatda bərpa edilərsə, sərhədlərlə bağlı mübahisələr aradan qalxacaq, heç bir icazə olmadan bir-birinin ərazisində işləmək və təhsil almaq imkanı; sənədləri, məsələn, sürücülük vəsiqəsini başqa dilə tərcümə etməyə ehtiyac yoxdur”.
Kalaşnikov əmindir ki, Rusiya və Belarus prezidentlərinin növbəti görüşündə məhz bu məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, bu gün Rusiya və Belarus liderlərinin videokonfrans formatında danışıqları planlaşdırılır. Orada, elan olunduğu kimi, Putin və Lukaşenko 2021-2023-cü illər üçün İttifaq dövlətinin yaradılması haqqında sazişin müddəalarının həyata keçirilməsinə yönəlmiş bir sıra sənəd və proqramları təsdiqləmək, habelə ticarət-iqtisadi əməkdaşlığın ilk nəticələrini təhlil etmək niyyətindədirlər.
Mənbə: Savash.org