Bakı 14˚C Mostly cloudy

STANAG test komissiyalarının işçi görüşü keçirilib

Siyasət 15:32 25 okt, 2022
STANAG test komissiyalarının işçi görüşü keçirilib

Azərbaycan və Latviya Müdafiə nazirlikləri arasında imzalanmış 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Milli Müdafiə Universitetində STANAG test komissiyaları arasında işçi görüşü keçirilib.

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə ingilis dili üzrə STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.