Stiven Kenni: "Azərbaycanla oyunda qalib gəlmək istəyirik"
Gündəm
19:44 30 sen, 2021
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq

"Qarşıda bizi Azərbaycanla səfər oyunu gözləyir. Bu matçda qalib gəlmək istəyirik".
Qazet.az-ın məlumatına görə, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.