Bakı 9˚C Windy

Stoltenberq: “NATO və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıyır”

Xəbərlər 08:52 22 sen, 2022
Stoltenberq: “NATO və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıyır”

Suriyada Türkiyənin hərbi qüvvələrindən əlavə, həm ABŞ, həm də digər NATO müttəfiqlərinin qüvvələri var və onlar terrorla mübarizə aparır.

Qazet.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Türkiyənin Suriyada ordusu var, ona etiraz etmirsiniz, amma Rusiyanın Ukraynaya girməsinə etiraz edirsiniz?” sualına cavabında deyib.

O bildirib ki, NATO müttəfiqləri və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıyır.

“Suriyanın şimalında xaotik təhlükəli vəziyyətin mövcudluğu bizim hamımız üçün təhdiddir və təhlükəlidir. Yəni Suriyada bir neçə müttəfiqimizin hərbi mövcudluğu var”, - Baş katib vurğulayıb.