Stoltenberq Nobel Sülh Mükafatına namizəd olub
Gündəm
02:16 07 yan, 2023

NATO-nun baş katibi Yens Stoltenberqin 2023-cü il Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Onun namizədliyi norveçli deputat Kristian Tibrinq-Qjedde tərəfindən irəli sürülüb.
Qazet.az 237online.com istinadən xəbər verir ki, Tibrinq-Qjeddenin bu barədə Facebook yazısında məlumat verib.
“Stoltenberq alyans üçün çətin bir zamanda: sülhsevər qonşu ölkəyə qarşı qəddar və əsassız hücumda NATO-nun baş katibi kimi nümunəvi fəaliyyətinə görə bu mükafata layiqdir” deyə o yazıb.