Stress hormonunu necə azaltmaq olar? - 3 tövsiyə
Hazırda insanları daim stress vəziyyətində saxlayan hormon kortizolun miqdarı normadan yüksəkdir. Bəs nə edək ki, bu hormonu qanda salaq?
Qazet.az bakupost.az-a istinadla xəbər verir ki, həkim dietoloq Olqa Luşnikova bunun üçün 3 tövsiyə verib.
Stress hormonnunu azaltmaq üçün gecə tez yatıb, 8 saat yuxu almalı, eləcə də axşam nahara karbohidrat yeyilməlidir.
Kortizol bir çox xroniki xəstəliklər, həmçinin şəkərli diabetin səbəbkarıdır.
Amma bu hormon da orqanizmin funksiyaları üçün vacibdir.
Kortizolun miqdarı səhər saatlarında yüksəlir, onunla birgə qlükoza qalxır bə beyin oyanır.
Yüksək stress, qorxu zamanı kortizol qana ehtiyat yığmağa, iltihabi prosesləri basdırmağa kömək edir.
Məhz kortizol insanı ağır durumdan çıxarmağa yardım edir.
Amma xroniki stress zamanı kortizol əsassız yerə qanda daim yüksək olur, bu da insanı yorur, xəstəliklər əmələ gətirir, hipokampın - beynin işini pozur.
Bunun qarşısını almaq üçün yeganə çarə axşam 10-da yatağa girib, səhər 7-ə kimi yatmaqdır.
Kortizolu salmaq üçün rasionda yaxşı çörək, tam taxıldan makaron, paxlalılar, meyvə, tərəvəz yeyilməlidir.
Xüsusən stresli insan axşam yaxşı yeməlidir.
Bu insanlar maqniy, sink, Omeqa 3, B qrup vitaminləri içməlidir.
Eləcə də açıq havada gəzmək, intensiv məşqlər, aromaterapiya, masaj, nəfəs məşqləri kortizolu azalda bilir.