Bakı 0˚C Cloudy

Su borusunun partlamasına görə 3 avtobusun marşrutu dəyişdirildi

Gündəm 09:04 26 okt, 2022
Su borusunun partlamasına görə 3 avtobusun marşrutu dəyişdirildi

Yasamal rayonu Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Qazet.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.