Bakı 3˚C Partly sunny

Narkotikə görə şübhəli şəxs saxlanıldı

Gündəm 09:40 04 yan, 2023
Narkotikə görə şübhəli şəxs saxlanıldı

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qazet.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman əlindəki torbadan 8 bükümdə ümumi çəkisi 8 kq 412 qram olan qurudulmuş marixuana və 1 bükümdə çəkisi 1 kq 135 qram olan heroin aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri tanımadığı şəxsdən satmaq məqsədilə aldığını bildirib.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir