Sudanda 110-dan çox insan daşqınların qurbanı olub
Xəbərlər
21:58 04 sen, 2022
Sudanda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.
Qazet.az xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətinə istinadən “Al Jazeera” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakət 4000-dən çox yaşayış binasının dağılmasına səbəb olub.
Sudanın paytaxtı Xartumdakı beynəlxalq hava limanı hava şəraiti ilə əlaqədar bazar günü səhər işini qismən dayandırmaq məcburiyyətində qalıb. Bir neçə saatdan sonra Sudanla hava əlaqəsi bərpa edilib.
Sudanda may ayında başlayan leysan yağışları bütün şəhərləri su altında qoyaraq minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Fırtınadan ən çox Naqr en-Nil, Şimali Kordofan, Cənubi Darfur və Cənubi Kordofan ştatlarını, həmçinin Ağ Nil zərər çəkib.