Sudanda 87 nəfər müəllim saxlanılıb
Sudan Müəllimlər komitəsi saxlanılmış müəllimlərin Əlməğrən polis məntəqəsindən Xartumun cənubunda yerləşən Suba həbsxanasına aparılması haqda xəbər verib.
Sudanda çevriliş əleyhinə insanların etirazı davam edir. İğtişaşları yatıran ordu qüvvələri 87 nəfər müəllimi saxlayıb.
Qazet.az xəbər verir ki, Sudanda hərbi çevrilişindən iki həftə keçməsinə rəğmən ölkədə kütləvi etirazlar davam edir. Dünən Xartumda ticarət mərkəzləri, şirkətlər və müəssisələr tətil edib.
Sudan polisi Xartumda Təhsil nazirliyi qarşısında müəllimlərin etirazını gözyaşardıcı qazlardan istifadə etməklə dağıdıb. Onlar hərbi çevriliş əleyhinə şüarlar səsləndirib. 87 nəfər müəllim həbs edilərək həbsxanaya göndərilib.
Sudan Müəllimlər komitəsinin üzvü Əmmar Yusif bildirib ki, təhlükəsizlik qüvvələri etiraz edən müəllimlərlə kobud davranıb, onlardan bir neçəsini yaralayıb və 87 nəfəri həbs edib.
Sudan Müəllimlər komitəsi saxlanılmış müəllimlərin Əlməğrən polis məntəqəsindən Xartumun cənubunda yerləşən Suba həbsxanasına aparılması haqda xəbər verib.