Sudanda daşqınlar nəticəsində ölənlərin sayı artıb
Xəbərlər
21:49 18 sen, 2022
Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb.
Qazet.az bu barədə "Al-Jazeera" telekanalına istinadən xəbər verir.
Sentyabrın 4-də telekanal daşqınlarda 112 nəfərin öldüyünü, 4 000-dən çox evin dağıldığını bildirib. Paytaxt Xartumdakı beynəlxalq hava limanı pis hava şəraiti ilə əlaqədar həmin gün işini bir neçə saatlıq qismən dayandırmaq məcburiyyətində qalıb.
May ayında başlayan leysan yağışları bütün şəhərləri su altında qoyub, minlərlə insan evlərini tərk edib. Təbii fəlakətdən ən çox Naqr en-Nil, Şimali Kordofan, Əl Gezira, Cənubi Darfur və Cənubi Kordofan əyalətləri zərər çəkib.