Bakı 16˚C Mostly cloudy

Sudanda siyasi razılıq əldə edilib

Gündəm 11:05 22 noy, 2021

İnsanlar sivil hökumətin təşkilini tələb edirlər

Sudanda siyasi razılıq əldə edilib

Sudanda ordu komandanı ilə ev dustaqlığından azad edilmiş baş nazir arasında siyasi razılaşmanın əldə olunmasına rəğmən ölkədə etirazlar səngimək bilmir.

Qazet.az xəbər verir ki, Sudan əhalisi hərbi çevrilişi qəbul etmək istəmir. Dünən axşam Abdulla Həmduk ev dustaqlığından və daha 4 nəfər zindandan azad olunublar.

Abdulla Həmduk Sudan ordusunun komandanı Əbdülfəttah Bürhanla siyasi razılaşma imzaladıqdan bir neçə saat sonra ölkədə siyasi böhrana son vermək üçün Xartumdakı administrasiyada öz vəzifəsinin icrasına başlayıb. 

Abdulla Həmduk bildirib ki, o, bu razılığa imza atmaqla sudanlıların qanını və iki il əvvəl əldə olunmuş nailiyyətləri qorumaq niyyətindədir.