Sudanda terrorçular beş hərbçini qətlə yetirdi
Gündəm
03:11 29 sen, 2021
Saxlanılan terrorçular müxtəlif ölkələrdəndir.

Sudanda keçirilən antiterror əməliyyatı zamanı beş hərbçi həlak olub.
Qazet.az xəbər verir ki, bu sözləri Sudan kəşfiyyatının məlumatında deyilir.
Əməliyyat zamanı 11 terrorçunun da saxlanıldığı, 4 terrorçunun isə qaçaraq gizləndiyi bildirilib.
Saxlanılan terrorçular müxtəlif ölkələrdəndir.