Bakı 19˚C Sunny

Sudanın paytaxtı ordu tərəfindən tamamilə bağlanıb 

Gündəm 16:21 25 okt, 2021

Hazırda etirazçılar təkərləri yandırırlar

Sudanın paytaxtı ordu tərəfindən tamamilə bağlanıb 

"Sudanın paytaxtı Xartum şəhəri ölkənin ordusu tərəfindən tamamilə bağlanıb"

Qazet.az xəbər verir ki, bu barədə El Şərq telekanalı bildirib ki, şəhərə bütün girişlər, körpülər və mərkəzi küçələr bağlanıb və avtomobillərin hərəkəti tamamilə dayandırılıb.

Həmçinin, hərbçilər paytaxt hava limanını mühasirəyə alaraq, ora girişi də qadağan edib. Bu arada, “Al Arabiya” telekanalının məlumatına görə, böyük aviaşirkətlər artıq iki gün əvvəl Xartuma uçuşları dayandırıb.

Eyni zamanda, insanlar hərbçilərin ölkədə hakimiyyəti ələ keçirmək cəhdlərinə müqavimət göstərmək üçün küçələrə çıxmağa başlayıb. Hazırda etirazçılar təkərləri yandırırlar.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.